2018-ci ilin fevral ayında bankların nağd vəsaitlərinin həcmi artıb. FED.az xəbər verir ki, banklar 1 mlrd 296 mlyn manat nağd vəsaitə malikdir.
Nağd vəsaitlərin artımı ilə yanaşı, Mərkəzi Bankda müxbir hesabların həcmi də yüksəlib.
Bir ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesabları 574 milyon manat artaraq, 2 milyard 740 milyon manata yüksəlib. Eyni zamanda banklarda daxil olmaqla maliyyə qurumlarındakı depozitlər azalaraq 7 milyard 814 milyon manata düşüb.
Bankların "təhlükəsizlik yastığı" 574 milyon artdı
11:05
5 Aprel 2018