Azərbaycanın sığorta sektorunun yeni rəqəmləri açıqlanıb.
Sığorta ödənişlərinin həcminə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-SENTYABR, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında sığortA sektorunda toplanan sığorta haqlarının həcmi 797 milyon 625 min manat təşkil edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 92 milyon manat və ya 13% artıqdır. Ötən il yığımlar 705,7 milyon manat olmuşdu.
Əvəzində bu dövrdə sığorta ödənişləri azalıb – 2022-ci ilin yanvar-oktyabr aylarında sığorta ödənişləri 359 milyon 297 min manat təşkil dib. Bu ötən illə myüqayisədə 42 milyon manat və ya 10,5% azdır. Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında sığorta ödənişləri 401,4 milyon manat olub.