31 iyul 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi depozit portfeli 40 milyard 394.3 milyon manat təşkil edib.
Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə 37 %-ə yaxın artıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten İyul/2026" buraxılışını istinadən xəbər verir.
Depozit portfelinin 56.8%-i (22 milyard 927.8 milyon manat) hüquqi şəxslərin, 43.2%-i (17 milyard 466.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 71.7%-i (12 milyard 522.4 milyon manat) milli valyutada, 28.3%-i (4 milyard 944.2 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.9%-i (11 milyard 342.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında dəyişməmişdir.
2026-cı ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.2% (2 min 755 əmanətçi), ilin əvvəlindən 15.1% (29 min 230 əmanətçi) artaraq 223.4 min nəfər təşkil etmişdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 120.7 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.7%-ni təşkil etmişdir.
Xatırladaq ki, 30 İyun 2026-cı il tarixində bankların cəmi depozit portfeli 39 milyard 743.7 milyon manat təşkil etmişdi. Depozit portfelinin 56.1%-i (22 milyard 315.2 milyon manat) hüquqi şəxslərin, 43.9%-i (17 miyard 428.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət olmuşdu.













