Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 01.06.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 716,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.
Hərrəca təklif edilən depozit həcmi 250 milyon manat təşkil edib. Başqa sözlə depozit yerləşdiriməyə tələbat təklif 3 dəfə üstələyib.
Mərkəzi Bankın bununla bağlı elanında faiz dərəcələrinin 6,76% - 7,24% olması göstərilib. Amma tələbat böyük olduğundan faiz dərəcəsi minimum olub.