Bankların Mərkəzi Bankda saxladıqları müxbir hesabların həcmi 2018-ci il mayın 1-nə olan statistikaya əsasən 2 milyard 436 milyon manatdır. FED.az xəbər verir ki, bu artım tendensiyası devalvasiya baş verdiyi 2015-ci ildən başalayaraq davam edir.
Qeyd edək ki, Mərkəzi Bankdakı müxbir hesablar yalnız ölkədaxili bank əməliyyatlarında istifadə olunur. Belə ki, ölkə ərazisində yerləşən 30 bankın biri digərinə ödəniş etmək istədikdə bu ödəniş məhz Mərkəzi Bankdakı müxbir hesabı vasitəsilə həyata keçirilir. Sadə misalla izah etsək, məs, Unibank-ın müştərisi hesabı Bank Respublikada olan müştəriyə ödəniş etdikdə bu köçürmə məhz hər iki bankın müxbir hesabı olan Mərkəzi Bank vasitəsilə reallaşır, təbii ki, bu köşürmə zamanı da xidmət haqqı olaraq Mərkəzi Banka müəyyən faiz ödənilir.
Hazırda banklarda izafi likvidlik yüksəlir və paralel olaraq müxbir hesabların həcmi də şişir. Çünki müxbir hesab həm də banklar üçün vəsaitin etibarlı şəkildə saxlanıldığı, buna görə heç bir maliyyə xərci ödəmədikləri, yaxşı mühafizə olunan pul seyfidir.
İ.Abdullayeva
Banklar pullarını Mərkəzi Banka “yatırır”
15:48
4 İyun 2018