«Rabitəbank»da yeni təyinat olub. FED.az xəbər verir ki, Orxan Gültekin bankda kommunikasiyalar üzrə sədr müavini vəzifəsinə gətirilib. O.Güntəkin bundan əvvəl 8 ay «Atabank»ın Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, «Rabitəbank» son günlər müxtəlif sahələr üzrə yeni kadrları cəlb etməyə başlayıb. Bankın sahibi Zakir Nuriyev bunu «Rabitəbank»ın aqressiv siyasətə başlamaq niyyəti və bu məqsədlə komandanı gücləndirmək planı ilə izah etmişdi.
Hərçənd, bank 20170-ci ili bəziləri üçün gözlənilməz olan zərərlə başa vurub.
Eləcə də bax: "RabitəBank"dan kəskin zərər - RƏQƏMLƏR
Eləcə də bax: Pul kisəsinin ağzını açmağa hazırlaşır – BANKDAN AÇIQLAMA
Eləcə də bax: Beynəlxalq Bankda yeni baş direktor - TƏYİNAT