Bank VTB (Azərbaycan) həm fiziki, həm də hüquqi şəxslərə valyuta mübadiləsi əməliyyatları üzrə sərfəli şərtlər təklif edir.
Bankdan Fed.az-a verilən məlumata görə, indi bankda dolları rubla birdəfəlik konvertasiya ilə dəyişmək mümkündür. Məlumatda bildirilir ki, bununla da, bankın korporativ müştəriləri dollarları rubla Moskva banklararası valyuta birjasının məzənnəsinə əsasən dəyişə bilər.
Bundan başqa, biznesi Rusiya bazarı ilə əlaqəli olan sahibkarlar bir sıra rubl əməliyyatları üzrə sərfəli şərtlər əldə edir. Müştərilərə hesablaşma-kassa xidmətləri, kredit və overdraft, sənədli əməliyyatlar, depozitlər, biznes kartları, əmək haqqı layihəsi və ekvayrinq kimi xidmətlər təklif olunur. Hesablaşma-kassa əməliyyatları həyata keçirərkən məbləğ üzrə məhdudiyyət yoxdur. Beləliklə, müştəri istənilən həcmdə pul köçürə və ya konvertasiya edə bilər.
Eləcə də bankda VTB qrupa aid banklar arasında (VTB (Gürcüstan), VTB (Ukrayna) VTB (Belarus), VTB(Qazaxıstan), VTB24, Poçta Bank (Rusiya)) həyata keçirilən pul köçürmələrinə əlverişli tariflər təklif olunur. Belə ki, qrup daxilində hesaba köçürmələr üzrə komissiya, köçürülən məbləğin cəmi 0,1%-ni təşkil edir və VTB qrup daxilində aparıldığı üçün banklararası köçürmə əməliyyatı çox qısa müddət ərzində baş verir.
Bank VTB-dən sahibkarlara sərfəli məzənnə şərtləri
18:20
7 Noy 2017