Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten İyul/2026" buraxılışını dərc edib.
FED.az xəbər verir ki, bülletendə bildirilir.
Bank sektoru
31 iyul 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 504, şöbələrinin sayı 82, ATM-lərin sayı 3,505 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 93 nəfər artaraq 27,555 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 60,979.9 mln. manat, cəmi öhdəlikləri 53,330.2 mln. manat, balans kapitalı 7,649.7 mln. manat olmuşdur. İyul ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı isə 0.1% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 0.9% və ya 274.0 mln. manat artaraq 32,095.3 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54% (17,333 mln. manat); ıı) istehlak kreditləri – 31.3% (10,036.8 mln. manat) və ııı) ipoteka kreditləri – 14.7% (4,725.5 mln. manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.7%-i və ya 40,394.3 mln. manat. Depozit portfelinin 56.8%-i (22,927.8 mln. manat) hüquqi şəxslərin, 43.2%-i (17,466.5 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 71.7%-i (12,522.4 mln. manat) milli valyutada, 28.3%-i (4,944.2 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.9%-i (11,342.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında dəyişməmişdir.
2026-cı ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.2% (2,755 əmanətçi), ilin əvvəlindən 15.1% (29,230 əmanətçi) artaraq 223.4 min nəfər təşkil etmişdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17,120.7 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.7%-ni təşkil etmişdir. • 2026-cı ilin yanvar – iyul aylarında banklar 858.7 mln. manat xalis mənfəət, 1,307.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20.4% və 25.8% daha çox). Cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 213.4 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 8.5% artaraq 43,841.8 mln. manat təşkil etmişdir. • Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 29.5 mln. manat azalaraq 3,232.3 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8.9% artaraq 22 milyon 785 min ədəd təşkil etmişdir. Ödəniş kartlarında debet kartlarının sayı 10.5% artmış, kredit kartlarının sayı isə 4.6% azalmışdır. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.9% artmışdır. 2026-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,712 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8,455 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,255 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 4.4%, POS-terminalların sayı 12.1% artmışdır.













