29 İyun 2020-ci il tarixində "Bank Respublika" ASC səhmdarlarının növbəti Ümimu Yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaqda 2019-cu ilin maliyyə nəticələri, 2019-cu il üçün kənar audit yoxlamasının nəticələri və 2019-cu ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, Bank Respublika 2019-cu ili 20 milyon 423 min manat xalis mənfəət ilə başa vurub.