İyunun 11-də, saat 15:00-da “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “Xalq Sığorta” "investisiyanın qoyulması" üçün səhmdarlarını - İCLASA ÇAĞIRDI
FED.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “Azərbaycan Sənaye Bankı”n 2019-cu il üzrə maliyyə hesabatının və “İllik Hesabatı”nın təsdiqi və digər məsələlər daxildir.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Abadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.
“Report”