Azərbaycanın aparıcı banklarından olan «Bank of Baku»nun rəhbərliyində dəyişiklik var.
Eləcə də bax: “Rabitəbank”da sədr dəyişikliyi – YENİ TƏYİNAT
FED.az xəbər verir ki, bankın idarə heyətinin sədri Eldar Həmidov vəzifəsini tərk edib. Onu bu vəzifədə Filiz Yunus Emre Ali oğlu əvəzləyib.
Filiz Yunus Emre indiyədək bankın İdarə heyətinin üzvü vəzifəsini tutub.
Hazırda «Bank of Baku»nun İdarə Heyəti Sədrinin iki müavini var. Bunlar Əli İbrahimov və Həsən Quliyevdir.
Bundan başqa, bankın rəhbərliyində sahə direktorları Nicad Bağırov, Tural Məmmədov və komitə sədri Rasim Quliyev təmsil olunurlar.