"Rabitəbank"ın Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyəti tərkibində dəyişiklik baş
tutub.
FED.az xəbər verir ki, 3 may 2021-ci il tarixindən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası Sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb. Sözügedən vəzifədə çalışan Elçin Qədimov isə bundan sonra fəaliyyətini İdarə Heyəti Sədrinin birinci müavini olaraq davam etdirəcək.
Aydın Hüseynov «Rabitabank»da əvvəllər də çalışıb – 2014-2017-ci illərdə bank sədrinin müavini olub.
Ümumiyətlə isə «Rabitabank»ın indiki rəhbəri bank sektorunda çoxsaylı vəzifələrdə çalışıb.
Belə ki, Aydın Hüseynov, 2007-2009 -cu illərdə Yapı Kredi Bank-da Kreditlərin Təhlili və Fondların İdarə Edilməsi Departamentlərində Mütəxəssis kimi çalışmışdır. Paralel olaraq Yapı Kredi İnvest-də Qiymətli Kağızlar üzrə Broker və Diler kimi işləmişdir.
2009-2012-ci illərdə "TuranBank"da Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.
2014-2017-ci illərdə "Rabitəbank"da İdarə Heyəti Sədrinin Müavini çalışıb.
2017-ci ilin mart ayından etibarən isə "AFB Bank"da İdarə Heyəti Sədrinin 1-ci Müavini və İdarə Heyətinin Sədri vəzifəsini icra edib.
Aydın Hüseynov, 1996-2000-ci illərdə Türkiyə Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002- ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır.
2012-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir. Doktor elmi dərəcəsinə və Dosent elmi ünvanına sahibdir.