Bu ilin yanvar-iyun aylarına görə “Bank of Baku”nun faiz xərcləri 32 milyon 99 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 5 milyon 38 min manat və ya 18,6% artım deməkdir.
Faiz xərclərinin mütləq əksəriyyətini – 30 milyon 384 min manatını depozitlər üzrə faizlər təşkil edib. Bu istiqamətdə xərclər illik müqayisədə 5 milyon 84 min manat və ya 20,1% artıb.
Ən kəskin artım qiymətli kağızlar üzrə faiz xərclərində qeydə alınıb. Belə ki, bu xərclər 419 min manat və ya 4,6 dəfə artaraq 534 min manata çatıb. Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər isə 104 min manat və ya 14,0% artaraq 845 min manat olub.
Bununla yanaşı, bankın digər faiz xərclərində azalma müşahidə edilib. Xərclər 557 min manat və ya 62,3% azalaraq 337 min manata enib. Ötən il Mərkəzi Bank və dövlət fondları qarşısında 11 min manat faiz öhdəliyi olan bankın bu il həmin istiqamətdə xərci olmayıb.
Xatırladaq ki, 30 iyun 2024-cü il tarixində “Bank of Baku”nun faiz xərcləri 27 milyon 61 min manat təşkil etmişdi.