30 iyun 2025-ci il tarixinə “Bank of Baku”nun faiz gəlirləri 83 milyon 626 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 10 milyon 753 min manat və ya 14,8% artım deməkdir.
Faiz gəlirlərinin mütləq əksəriyyətini – 79 milyon 268 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 250 min manat və ya 16,5% artıb.
Hesabat dövründə bankın digər faiz gəlirlərində kəskin artım müşahidə edilib. Belə ki, bu gəlirlər 505 min manat və ya 2,9 dəfə artaraq 769 min manata çatıb.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 580 min manata bərabər olub. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 2 milyon 9 min manat təşkil edib. Xatırladaq ki, 30 iyun 2024-cü il tarixində “Bank of Baku”nun faiz gəlirləri 72 milyon 873 min manat təşkil etmişdi.