“Bank of Baku” ASC-nin bu ilin ilk yarısına olan işçi sayı açıqlanıb.
FED.az banka istinadən xəbər verir ki, işçi sayı 1 iyul 2024-cü il tarixinə 926 nəfərə çatıb.
Rüblük göstəricilərə nəzər yetirdikdə bankın əməkdaşlarının sayında artım dinamikasını müşahidə etmək olar. Belə ki, bu ilin 1 aprel tarixinə bank işçilərinin sayı 911, 1 yanvar tarixinə 895 nəfər təşkil edib.
İllik müqayisədə işçilərin sayı 46 nəfər (5%), ilin əvvəlindən 31 nəfər (3%) artıb.