2024-cü ildə "Bank Of Baku"nun depozit portfelində artım müşahidə olunub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Belə ki, bu dövrdə "Bank Of Baku" 571,3 milyon manat depozit portfelinə malik olub. Bunun 517,6 milyon manatı fiziki, 53,7 milyon manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-cü ilin sonu ilə müqayisədə depozit portfeli 55,7 milyon manat və ya 11% yüksəlıib. Bu dövrdə fiziki şəxslərin bankdakı depozitləri 42 milyon manat (9%), hüquqi şəxslərin depozitləri isə 13,6 milyon manat (34%) artıb.