Hər zaman sosial məsuliyətini dərk edən və bu istiqamətdə bir çox işlərə imza atan Bank of Baku, Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində növbəti layihəsini həyata keçirdi.
Eləcə də bax: «Bank of Baku» böyük mənfəət açıqladı – İKİQAT ARTIM – BANK HESABATI
Bank of Baku bu dəfə Ramazan bayramı münasibətilə sosial baxımdan həssas əhali qrupuna daxil olan ailələri ziyarət etdi. Bankın əməkdaşları Bakı və Sumqayıt ərazisində yaşayan aztəminatlı ailələrin qapılarını döydü, onları Ramazan Sovqatı ilə sevindirdi. Layihə çərçivəsində ailələr ərzaq məhsulları ilə təmin edildi.
“Ramazan bərəkətdir, Ramazan paylaşmaqdır” şüarı ilə keçirilən layihənin əsas məqsədi, müqəddəs Ramazan ayında ehtiyacı olan şəxslərə dəstək olmaq, onlara bayram sevinci yaşatmaqdır.
Qeyd edək ki, Bank of Baku bu istiqamətdə layihələrin davamlı olaraq həyata keçirilməsini planlaşdırır.
Bank of Baku-nun təqdim etdiyi xidmət və məhsullar, həmçinin icra etdiyi layihələr haqqında ətraflı məlumat üçün 145 Məlumat Mərkəzinə zəng edə və ya rəsmi veb səhifəsinə https://www.bankofbaku.com/ daxil ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi