Azərbaycanın aparıcı banklarından olan «Bank of Baku» 2022-ci ilin 1-cü rübünün nəticələrini açıqlayıb.
Eləcə də bax: “Bank of Baku”nun səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
FED.az bankın hesabatına istinadən xəbər verir ki, yanvar-mart aylarında bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 50% artaraq 21 milyon manat təşkil edib.
Bunun böyük hissəsi – 20,5 milyon manat bankın ayırdığ kreditlərdən daxil olan faizlərdir (50% artıb).
Bundan başqa, bank qiymətli kağızlara yatırımlardan 437 min manat əldə edib, bu əvvəlki illə müqayisədə 130 min manat və ya 22% azalıb.
Bankın faiz xərclri də təqribən 50% artaraq ötənilki 2,8 milyon manatdan bu il 4,2 milyon manata yüksəlib. Faiz xərclərinin böyük hissəsi – 3,8 milyon manat bankın əmanətlər üzrə ödədiyi faizlərdir – 40% artıb.
Nəticədə 1-ci rübün yekununda bankın xalis faiz gəlirləri 16,8 milyon manat təşkli edib. Ötən il bu rəqəm 11,2 milyon manat idi – 50% artım.
1-ci rübdə «Bank o Baku»nun qeyri-faiz gəlirləri 3 milyon 142 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-faiz gəlirləri – təqribən 4% azalıb.
Qeyri-faiz gəlirlərinin əsas maddəsi - haqq və komissiya gəlirləri 1-c rübdə 3 milyon 75 min manat olub, ötən ilin 1-ci rübü ilə müqayisədə 10% azalma baş verib.
«Bank of Baku» 1-ci rübdə valyuta ilə əməliyyatlardan 120 minmanat gəlir əldə edib, ötən ilisə bu maddə üzrə 108 min zərər var idi.
Bankın qeyri-faiz xərcləri təqribən 20% artaraq 12.4 milyon manat olub. Bu dövrdə bankda əmək haqqı xərcləri 36% və ya 1,8 milyon maat artaraq 7 milyon manata yaxınlaşıb.
Nəticədə bank 1-ci rübü 7,5 milyon manat əməliyyat mənfəəti ilə bşa vurub.
Əlavə olaraq bank əvvəlki illərdə yaradılmış ehtiyatlardan 3,6 milyon manat geri çəkib. Nəticədə bankın vergiyə qədər mənfəəti 11,2 milyon manat olub. Bunun 1,3 milyon manatı mənfəət vergisi kimi ödənilib. Nəticədə Bank 1-ci rübü 9 milyon 883 min manat xalis mənfəətlə bağlayıb.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıqdır. Xatırladaq ki, 2021-ci ilin1-ci rübünü bank 4,1 milyon manat mənfətlə başa vurmuşdu.
Bu dövrdə bankın aktivləri 2021-ci ilin sonu ilə müqayisədə 92,5 milyon manat və ya 21% artaraq 524.7 milyon manata yüksəlib. Aktivlərin artımı əsasən kredit portfelinin böyüməsi ilə bağlıdır. Belə ki, kredit portfeli 78 ilyon manat artaraq 355 milyon manatdan 433 milyon manata yüksəlib.
Bu dövrdə «Bank of Baku» qiymətli kağızlar yatırımları azaldaraq 47 milyon manatdan 38 milyon manata endirib, nağd pul vəsaitləri isə 98 milyon manatdan 79 milyon manata enib. Əvəzində bank ilk dəfə olaraq başqa banklarda depozit yerləşdirib – 17 milyon manat.
Bankın öhdəlikləri isə 70 milyon manat və ya 20% artaraq 351 milyondan 420 milyon manata enib.
1-ci rübdə bankın depozit portfeli 45 milyon manat artaraq 204 milyondan 249 milyon manata yüksəlib. Depozitlərdə artım əsasən fiziki şəxslərin əmanətləri hesabınadır – 181 milyon manatdan 219 milyona yüksəlib – 38 milyon manat artıb.
Hüquqi həxslərin depozitlərində isə 6 milyn manat artım var – 23,5 milyondan 29,7 milyon manat yüksəlib.
Son 3ayda «Bank of Baku» Mərkəzi Bank qarşısında öhdəliklərini azaldaraq 85 milyondan 64 milyon manata endirib.
Əvəzində digər maliyyə qurumları qarşısında öhdəlikləri 30,6 milyon manatdan 75 milyon manata yüksəlib.
1-ci rübün yekununda «Bank of Baku»nun kapitalı kəskin artaraq 81 milyon manatdan 104 milyon manata yüksəlib.