«Bank of Baku » ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın aparıcı banklarından olan, kredit bazarının aktiv iştirakçısı “Bank of Baku”nun gəlir mənbələrini təqdim edir.
Sürətlə böyüyən «Bank of Baku» mənfəəti ilə - SƏHMDARLARINI SEVİNDİRİB - HESABAT
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə, “Bank of Baku”nun ümumi gəlirləri 103 milyon 814 min manat təşkil edib. Yeri gəlmişkən, bank bu göstərici ilə ölkədə 8-ci yeri tutur. Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 89 milyon 984 min manatı və ya 87%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 9 milyon 540 min manat daxil olub, bu bankın bütün gəlirlərinin cəmi 6%-i deməkdir. “Bank of Baku” valyuta əməliyyatlarından 101 min manat əldə edib . “Bank of Baku” qiymətli kağızlar bazarında da təmsil olunur – bu fakt ona üçüncü rüb ərzində 1 milyon 431 min manat gəlir gətirib. Digər banklardan depozit gəlirləri isə 2 milyon 489 manat təşkil edir. Digər sahələrdən gəlirlər isə ümumi gəlirlərdə pay kimi görünməyəcək qədər kiçikdir.
Ümumiyyətlə, “Bank of Baku” ümumi gəlirlərində faiz gəlirlərinin ən yüksək paya malik olduğu banklardan biri sayılır – bankın faiz gəlirləri ümumi gəlirlərin 91%-ni, qeyri-faiz gəlirləri isə 9%-ni təşkil edir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
89 984 |
87% |
QK-a investisiyadan gəlir |
1 431 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
2 489 |
2% |
Digər banklara kreditlərdən gəlirlər |
28 |
1% |
Komissiya haqları |
9 540 |
6% |
Valyuta əməliyyatlarından gəlirlər |
101 |
1% |
Digər faiz gəlirləri |
185 |
1% |
Digər qeyri-faiz gəlirləri |
56 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
103 814 |
100% |