Azərbaycanın bank sektorunun aparıcı iştirakçılarıdan olan “Bank of Baku” ASC cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açqılayıb.
FED.az xəbər verir ki, bu dövrdə bankı mənfəətlə işləməklə yanaşı sürətlə böyüməkdə davam edib.
Belə ki, 2023-cü ilin yanvar-sentyabr aylarının nəticəsi üzrə «Bank of Baku»nun faiz gəlirləri 94,1 milyon manat, faiz xərcləri 29,3 milyon manat olub.
Faiz gəlirləri illik müqayisədə 22,8 milyon manat (32%), xərcləri isə təxminən 13,9 milyon manat (90,3%) artıb.
Beləliklə xalis faiz gəlirləri 64,8 milyon manata yaxın olub ki, bu da illik müqayisədə təxminən 8,8 milyon manat (15,9%) artım deməkdir.
Bu dövrdə bankın qeyri faiz gəlirləri 9,6 milyon manat, xərcləri isə 50,2 milyon manat təşkil edib. «Bank of Baku»nun qeyri-faiz gəlirləri demək olar ki, bütünlüklə haqq və komissiyaların payına düşüb.
Qeyri-faiz gəlirlər 875,32 min manat (10%), xərclər isə 11,9 milyon manat (31,1%) artıb.
Məsələn bu dövrdə, bankın əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri 22,3 milyon manat (13,6% çox), ümumi və inzibati xərcləri 4 milyon manat (16,5% çox), amortizasiya xərcləri 1,5 milyon manat (21,1% çox), digər xərcləri isə 22,4 milyon manat (60,1% çox) olub.
Beləliklə “Bank of Baku” 3-cü rübü 24 milyon 317 min manat xalis mənfəətlə yekunlaşdırıb.
Bank of Baku”ın aktivləri cari ilin 3-cü rübünün yekununda 816,5 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 115 milyon manat və ya 16,4% artıqdır.
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 49,6 milyon manat, ticarət və investisiya qiymətli kağızları 51,7 milyon manat olub. Bu il Banrk of Baku qiymətli kağızlar bazarına maraq göstərməyə başlayıb. Bu sahəyə yatırımlar təqribən 13,3 milyon manat, başqa sözlə 34,5% artıb.
Bankın kredit portfeli də əhəmiyyətli dərəcədə yüksəlib.
Belə ki, ilin əvvəli ilə müqayisədə kredit portfeli 66 milyon manat artaraq 643,1 milyon manata çatıb.
Kredit portfelinin 452 milyon manatı istehlak, 158 milyon manatı biznes, 33 milyon manatı daşınmaz əmlak kreditləri təşkil edib.
İlin əvvəli ilə müqayisədə istehlak kreditləri 54 milyon manat, biznes kreditləri 3 milyon manat, daşınmaz əmlak kreditləri 8 milyon manat artıb.
"Bank of Baku"nun bu dövrdə öhdəlikləri, 678,7 milyon manat təşkil edib ki, bu göstərici də 2022-ci ilin son rübü ilə müqayisədə 100 milyon manat artım deməkdir.
Bu artımın böyük hissəsi – 86 milyon manatı depozit portfelinin payına düşür.
Bu ilin 9 ayı ərzində bankda fiziki şəxslərin əmanətləri 93 milyon manat artaraq 423 milyon manat, şirkətlərin depozitləri isə 28 milyon manat təşkil edib.
Bu dövrdə bank öz kapitalını da artırmayıb və 9 ayın tamamında “Bank of Baku”nun cəmi kapitalı 15 milyon manat artaraq 137,8 milyon manata çatıb.
Artım demək olar ki, bütünlüklə bankın xalis mənfəətinin hesabına təmin edilib.