Hesabat dövründə “Bank of Baku”nun qeyri-faiz gəlirləri 8 milyon 645 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 623 min manat və ya 7,8% artım deməkdir.
Qeyri-faiz gəlirlərinin əsasını alınan haqq və komissiya gəlirləri təşkil edib. Bu istiqamətdən bank 9 milyon 287 min manat gəlir əldə edib ki, bu da illik müqayisədə 1 milyon 521 min manat və ya 19,6% artım deməkdir.
Bankın digər gəlirləri isə 12 min manat və ya 65,2% artaraq 31 min manata çatıb.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə “Bank of Baku”nun qeyri-faiz gəlirləri 8 milyon 23 min manat təşkil etmişdi.