“Bank Melli İran” ötən ilin sonunda 119 milyon 106 min manat aktivlərə malik olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Aktivlər ötən ilin sonu ilə müqayisədə 2 milyon 658 min manat (2,2%) azalıb.
Bunun da 38 milyon 837 min manatını nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar təşkil edib. Bu göstərici son 1 il ərzində 7 milyon 393 min manat və ya 16% azdır.
Bankın kredit portfeli də illik müqayisədə 2 milyon 583 min manat və ya 2,7 dəfə kiçilərək 1 milyon 496 min manata düşüb.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi 32 milyon 762 min manat, maliyyə institutlarından alınacaq vəsaitlərin həcmi 40 milyon 765 min manat təşkil edib.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi ötən ilin sonu ilə müqayisədə 2 milyon 353 min manat (6,7%) azalıb, maliyyə institutlarından alınacaq vəsaitlərin həcmi isə 8 milyon 118 min manat (25%) artıb.