Əmanətlərin Sığortalanması Fondu fəaliyyətini dayandırmış və ləğetmə mərhələsində olan banklarda dollar krediti olan vətəndaşlarla bağlı məlumat yayıb.
Fonddan FED.az-a bildirilib ki, problemli kreditlərin həlli ilə bağlı prezident İlham Əliyevin fərmanının icrası məqsədilə Əmanətlərin Sığortalanması Fondu ləğvetmədə olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul edir.
Eləcə də bax: "25 min nəfər gəlib pulunu götürməyib" – PALATADAN AÇIQLAMA
Ləğv prosesində olan QSC “Bank Standard” KB, “Texnikabank” ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank” ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, “Azərbaycan Kredit Bankı” ASC, “Evrobank” ASC, “Birlikbank” ASC, “Debütbank” ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan “Dəmirbank” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri:
(012) 444-71-71 (daxili: 500).
Bağlanan banklarda krediti olanlara – KOMPENSASİYA BELƏ VERİLƏCƏK
14:22
27 May 2019