Azərbaycanda bu ilin 1-ci rübünün sonuna olan vəziyyətə görə aktivlərinin həcmi ən çox olan bankların adları məlum olub.
FED.az bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı aktivlərin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə ən böyük aktivlərə təqribən 14,3 milyard manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dən sonra lider banklardan olan "Kapital Bank"ın aktivləri təqribən 12,4 milyard manat göstərici ilə ikinci pillədə yer alır.
Təxminən 8,2 milyard manat göstəici ilə "Paşa Bank" 3-cü, 3 milyard manat göstərici ilə "XalqBank" 4-cü, 2,2 milyard manat göstərici ilə "Bank Respulika" 5-ci pillədə qərarlaşıb.
Digər bankların aktivlərinin həcmi 1-2 milyard manat arasındadır. Həmin bankların aktivlərin həcmi üzrə sıralaması isə belədir:
"Azər-Türk Bank"- 1,9 milyard manat, "Unibank" 1,8 milyard manat, "AccessBank"-1,6 milyard manat, "Yelobank" - 1,3 milyard manat, "Rabitəbank" - 1,2 milyard manat, "Bank of Baku" 1 milyard manat
Aktivləri ən az olan banklar isə Melli İran Bankının Azərbaycan filialı (120 milyon manat) və "Bank Avrasiya"(196,4 milyon manat) olub.