Azərbaycanın bank sektoru bu ilin I yarısında 716,3 milyon manat xalis mənfəət əldə edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 % çoxdur.
6 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 743,8 milyon manat (1 il əvvələ nisbətən 14,3% çox), əməliyyat xərcləri 2 milyard 618,7 milyon manat (10,95 % çox), xüsusi ehtiyatlara ayırmaları 237,3 milyon manat (16,1 % çox), gözlənilməz xərcləri 0,3 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 171,1 milyon manat (27,6 % çox) təşkil edib.















