Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 1 milyard 81,8 milyon manat xalis mənfəət əldə edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur.
9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 734,3 milyon manat (1 il əvvələ nisbətən 13,65 % çox), əməliyyat xərcləri 3 milyard 982,3 milyon manat (9,75 % çox), xüsusi ehtiyatlara ayırmaları 399,5 milyon manat (36,9 % çox), mənfəət vergisi ödəmələri isə 270,8 milyon manat (26,25 % çox) təşkil edib.















