Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,6 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu, aprelin 1-i ilə müqayisədə 21 milyon manat və ya 4,4 %, illik müqayisədə isə 40,4 milyon manat və ya 8,7 % çoxdur.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.1 faiz bəndi azalaraq 1.7% təşkil edib.
Bu nisbət aprelin 1-nə 1,6 %, , ötən il mayın 1-nə isə 1,8 % olub.