2025-ci ilin may ayının 1-nə Azərbaycan banklarının xalis mənfəəti 339,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Xalis mənfəət illik müqayisə ilə 67,7 milyon manat (16,6%) azalıb, aylıq müqayisə ilə 86,5 milyon manat (8%) artıb.
2025-ci ilin aprel ayının birinə bankların xalis mənfəəti 407,5 milyon manat, 2024-cü ilin mayın 1-nə isə 253,3 milyon manat təşkil edib.