Azərbaycanda islam bankçılığının tətbiqi üçün hazırlıq işləri davam edir və bundan daha çox faydalanan təbəqənin kiçik və orta biznes olacağı gözləniir.
Azərbaycanda KOB İnvestisiya Fondu yaradılır – İSLAM BANKI DA PAYÇI OLA BİLƏR
FED.az xəbər verir ki Kiçik və Orti Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədov bu gün Bakıda keçirilən “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda Konfransda islam bankçılığına hazırlıqla məlumat verib.
KOBİA rəhbəri xatırladım bildirib ki, BMT-nin Beynəlxalq Ticarət Hüququ üzə Komissiyasın (UNCİTRAL) tərəfindən hazırlanan tövsiyyə sənədlərində KOB subyektlərinin maliyyə əlçatanlığının genişləndirilməsində islam maliyyə alətlərindən də istifadə məsələləri geniş yer alıb.
Azərbaycan Prezidentinin təsdiqlədiyii “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda isə Agentliyin qarşısında qoyulan vəzifələr sırasında KOB subyektlərinin maliyyə əlçatanlığının artırılması da yer alıb.
Onun sözlərinə görə, Azərbaycanda İslam maliyyəsi ekosisteminin yaradılması üzrə Yol Xəritəsi və “İslam bankçılığı üçün təklif edilən qanunvericilik dəyişiklikləri” haqqında hesabat hazırlanaraq müvafiq dövlət qurumlarına aidiyyəti üzrə təqdim edilib.