Azərğaycanda maliyyə bazarlarına KOB subyektlərinin tələblərinə cavab verən alternativ maliyyə alətləri təklif edəcək “KOB İnvestisiya Fondu”nun yaradılması istiqamətində işlər həyata keçirilir.
Kredit zəmanət mexanizminin biznesin inkişafında roluna dair ictimai müzakirə - TƏŞKİL OLUNUB
FED.az xəbər verir ki bu barədə Kiçik və Orti Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədov bu gün Bakıda keçirilən “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda Konfransda bildirib.
Onun sözlərinə görə, yeni yaradılacaq fonda İslam Bankı da qoşula bilər: «Hal-hazırda ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə dünənki görüşümüzdə də Bankın həmin Fondda iştirak imkanlarını müzakirə etdik və gələcəkdə bu istiqamətdə praktiki addımların atılmasını təmin edəcəyik».
Qeyd edək ki, Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı arasında bağlanmış 18 yanvar 2017-ci il tarixində “Azərbaycan Respublikasında İslam Maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında Qrant Sazişi” üzrə benefisiar qurum qismində KOBİA müəyyən edilib.
«Ötən dövr ərzində “Azərbaycanda İslam Bankçılığı üçün Hüquqi Çərçivənin İnkişaf Etdirilməsi” layihəsinin həyata keçirilməsinə dair konsorsium yaradılıb və ekspertlər tərəfindən aidiyyəti dövlət qurumlarında müzakirələr aparılıb» -deyə Orxan Məmmədov bildirib.