2024-cü ilin 1 aprel tarixinə Azərbaycan banklarının depozit portfeli 34 milyard 812,8 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu ötən ilin sonu ilə müqayisədə 262,7 milyon manat və ya 0,8% çoxdur.
Əmanətlərin 13 milyard 782,3 milyon manatı xarici valyutada formalaşıb. Bu göstərici də ötən ilin sonu ilə müqayisədə 504,2 milyon manat və ya 3,8% çoxdur.
Ümumilikdə banklardakı əmanətlərin 9 milyard 490,2 milyon manatl "Azərbaycan Beynəlxalq Bankı"ın, 6 milyard 959 milyon manatı "Paşa Bank"ın, 6 milyard 673,6 milyon manatı "Kapital Bank"ın, 2 milyard 226,7 milyon manatı "Xalq Bank"ın, 1 milyard 411,1 milyon manatı "Bank Respublika"nın, 1 milyard 173,4 milyon manatı isə "Unibank"ın payına düşüb.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvarın 1-nə banklardakı əmanət portfeli 34 milyon 550,1 milyon manat təşkil edib ki, onun da 13 milyard 278,1 milyon manatı xarici valyutada formalaşıb.