Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların banklardan şikayətlərini cavablandırmaq üçün yeni qaynar xəttini işə salıb.
Eləcə də bax: Mərkəzi Bank "NBCBank" və "AGBank" barədə qərarlarını - AÇIQLADI
Bankdan FED.az-a verilən məlumatda deyilir ki, koronavirusa (COVİD-19) qarşı mübarizə məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilib.
Eləcə də bax: Azərbaycan bankları müştərilərə - NECƏ CAVAB VERİRLƏR? – ARAŞDIRMA, SİYAHI
İndi isə banklarla bağlı hüquqi və fiziki şəxslərin şikayət və sorğularının cavablandırılması imkanlarının genişləndirilməsi və operativliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının “966” qaynar xətti istifadəyə verilib.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az - FİLİALI OLAN BANKLAR – SİYAHI
Həmçinin Mərkəzi Bank ölkədə fəaliyyət göstərən banklara tapşırıb ki, inzibati binalarında (filial, şöbə) “966” qaynar xətti barədə məlumat lövhəsi yerləşdirilsin. Buna əsasən hüquqi və fiziki şəxslər banklar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat və sorğu xarakterli müraciətlərlə bağlı Mərkəzi Bankın “966” qaynar xəttinə zəng edə bilərlər.
Mərkəzi Bankın “966” qaynar xətti iş günləri hesab edilən bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək zəngləri qəbul edir. Eyni zamanda müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 və +99412 493-11-22 telefon nömrəsi vasitəsi ilə həyata keçirilir.