Azərbaycan Mərkəzi Bankı bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə ənənəvi şikayət indeksini açıqlayıb.
"Bank Avrasiya"nın aktivləri və kredit portfeli - KİÇİLİB - HESABAT
Azərbaycanda ən sərfəli biznes kreditləri ayıran – BANKLAR, ŞƏRTLƏR, SİYAHI (APREL, 2025)
Bankların manatla ən çox və ən az kredit verdiyi - RAYONLAR VƏ ŞƏHƏRLƏR (01.03.2025)
Ən sərfəli dollar əmanəti hansı bankdadır? – BANKLAR, ŞƏRTLƏR, SİYAHI (Aprel, 2025)
FED.az xəbər verir ki, şikayət indeksi 2025-ci ilin mart ayının nəticələrini əhatə edir.
Xatırladaq ki, şikayət indeksi hesablananda bankdakı cari hesab qalığında azı 100 manat olan və son 3 ay ərzində bankda azı bir əməliyyat aparmış müştərilərin fikri nəzərə alınır.
Bu müştərilərin hər hansı bank barədə Mərkəzi Banka müraciətlərinin sayı hesbalanaraq müvafiq metodologiya üzrə şikayət indeksi hesablanır.
Şikayət indeksinin metodologiyası:
Banklar üzrə şikayət indeksinin hesablanması üçün aşağıdakı düstürdan istifadə olunur:
Şikayət indeksi = Şikayətlər üzrə bazar payı / Müştərilər üzrə bazar payı
“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunur.
“Müştərilər üzrə bazar payı” – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.
Şikayət indeksinin izahı: İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanmışdır.
Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə - ŞİKAYƏT İNDEKSİ