Bu ilin martın 1-nə banklar tərəfindən Azərbaycanın rayon və şəhərlərinə manatla təxminən 23,3 milyard manat kredit verilib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə bunun 17,1 milyard manat hissəsi paytaxt Bakının payına düşüb.
Bakıdan kənarlar rayon və şəhərlərə nəzər yetirdikdə Sumqayıt şəhərinin payına 725,7 milyon manat, Gəncə şəhərinə 634,5 milyon manat, Naxçıvana 367,9 milyon manat düşüb.
Banklar tərəfindən milli valyutada Abşerona 291,7 milyon manat, Lənkərana 266,2 milyon manat, Bərdəyə 222,7 milyon manat kredit verilib.
Xaçmaz rayonu üzrə verilmiş kreditlərin ümumi məbləği 192,7 milyon manat, Mingəçevir üzrə 191,5 milyon manat, Şəmkir üzrə 177,4 milyon manat Cəlilabada rayonu üzrə isə 167,5 milyon manat təşkil edib.