“Rabitəbank”ın mənfəəti 4 dəfə artıb
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə bankın xalis mənfəəti 11 milyon 119 min manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 7 milyon 995 min manat və ya 3,6 dəfə çoxdur. Bankın 2018-ci ildə xalis mənfəəti 3 milyon 124 manat təşkil etmişdi.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
2019-cu ildə bankın faiz gəlirləri 41 milyon 838 min manat, faiz xərcləri 10 milyon 859 min manat təşkil edib. 2018-ci illə müqayisədə bankın faiz gəlirləri 6 milyon 477 min manat və ya 18,3% artıb. Faiz xərcləri 2 milyon 058 min manat və ya 15,9% azalıb.
Bankın 2018-ci ildə faiz gəlirləri 35 milyon 361 min manat, faiz xərcləri 12 milyon 917 min manat təşkil etmişdi.
2019-cu ildə bankın qeyri-faiz gəlirləri 10 milyon 160 min manat, qeyri-faiz xərcləri 29 milyon 684 min manat təşkil edib. 2018-ci illə müqayisədə bankın qeyri-faiz gəlirləri 134 min manat və ya 1,3% azalıb. Qeyri-faiz xərcləri 5 milyon 643 min manat və ya 23,4% artıb.
2018-ci ildə bankın qeyri-faiz gəlirləri 10 milyon 294 min manat, qeyri-faiz xərcləri 24 milyon 041 min manat təşkil etmişdi.
Bankın nəticədə 11 milyon 455 min manat əməliyyat mənfəəti ayaranıb. Bu məbləğdən 335 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmalar edilib. Nəticədə 11 milyon 119 min manatlıq xalis mənfəət yaranıb. Bank mənfəət vergisi ödəməyib.
Bankın aktivləri azalıb
Bankın 2019-cu ildə aktivləri 739 milyon 984 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 32 milyon 129 min manat və ya 4,2% azdır. Maliyyə təşkilatının 2018-ci ildə aktivləri 772 milyon 113 min manat olub.
Bank aktivlərindən 376 milyon 938 min manat müştərilərinə kredit verib. Bu 2018-cilin göstəricisi ilə müqayisədə 59 milyon 173 min manat və ya 18,6% çoxdur. “Rabitəbank” 2018-ci ildə müştərilərinə 317 milyon 765 min manat kredit vermişdi.
Bankın aktivləri ilə yanaşı öhdəlikləri də azalıb
2019-cu ildə bankın 638 milyon 623 min manat öhdəliyi olub. Bu göstərici 2018-ci illə müqayisədə 43 milyon 679 min manat və ya 6,4% azdır. 2018-ci ildə bankın öhdəlikləri 682 milyon 302 min manat təşkil etmişdi.
Bankın kapitalı artıb
2019-cu ildə “Rabitəbank”ın kapitalı artıb. Belə ki, ötən il bankın 101 milyon 361 min manat kapitalı olub ki, bu da 2018-ci illə müqayisədə 11 milyon 550 min manat və ya 12,9% çoxdur. Bankın 2018-ci ildə kapitalı 89 milyon 811 min manat olub.