2023-cü ilin yanvar- avqust aylarında (8 ayda) Azərbaycanda fəaliyyət göstərən banklar 724,2 milyon manat xalis mənfəət, 1 milyard 64 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 23% və 25% artmışdır.
Son bir ayda problemli kreditlər - 8% ARTIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin 8 ayında banklar tərəfindən 187,4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% və ya 51,7 milyon manat daha çoxdur.