2023-cü ilin IV rübünün yekunlarına əsasən, Azərbaycanda 7 bankın cəmi kredit portfeli 1 milyard manatı keçib.
FED.az bu barədə bankların hesabatına istinadən xəbər verir.
Ən yüksək kredit portfelinə malik olan bank “Azərbaycan Beynəlxalq Bank”ıdır – 5 milyard 48 milyon 771 min manat.
Kredit portfelinin böyüklüyünə görə “Kapital Bank” 4 milyard 271 milyon 821 min manatla ikinci, “Paşa Bank” isə 2 milyard 835 milyon 443 min manatla üçüncü yeri tutur.
“Xalq Bank”ın IV rübdə kredit portfeli 1 milyard 826 milyon 964 min manat, “Bank Respublika”nın kredit portfeli isə 1 milyard 174 milyon 229 min manat olub.
Hesabat dövründə “Unibank” müştərilərinə 1 milyard 47 milyon 741 min manat, “AccesBank” isə 1 milyard 13 milyon 765 min manat kredit verib.
“İran Melli Bank”ı və “Bank Avrasiya” ən aşağı kredit portfelli banklar olub. Həmin bankların müştərilərə verdiyi kreditlərin məbləği ötən rübdə müvafiq olaraq 4 milyon 78 min manat və 137 milyon 169 min manat təşkil edib.