2025-ci ilin ilk 9 ayında Azərbaycan banklarında hüquqi şəxslərin depozitlərinin həcmində ciddi dəyişikliklər baş verib. Bəzi banklar korporativ müştərilərini bir neçə dəfə artıra bildiyi halda, bəziləri daha kiçik artımla kifayətlənib.
Ən yaxşı əmək haqqı kartını hansı bank təklif edir? – ŞƏRTLƏR, BANKLAR, SİYAHI
FED.az bankların maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hüquqi şəxslərin depozitlərinin artım tempinə görə lider “Bank BTB” ASC olub. Bank ilin əvvəlindən korporativ depozitlərini 19,1 milyon manat artıraraq 3,2 dəfə böyüdüb.
Artım nümayiş etdirən digər banklar isə “Bank Respublika” və “Ziraat Bank Azərbaycan” olub. “Bank Respublika” korporativ portfelini 201 milyon manat və ya 28,2%, “Ziraat Bank Azərbaycan” isə 72,6 milyon manat və ya 19,5% artırıb.
“PAŞA Bank”da isə korporativ depozitlər 10,7% və ya 484,9 milyon manat artıb.
Artım templəri 10% ilə 15% arasında dəyişən banklar arasında "Xalq Bank" (124,3 milyon manat və ya 13,0%) və "Rabitəbank" (26,8 milyon manat və ya 12,4%) yer alıb.
“Bank of Baku”nun korporativ depozitləri 2,4 milyon manat və ya 4,2% artıb.














