Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (4 672,316 milyon manat), "PAŞA Bank" (3 861,413 milyon manat), "Kapital Bank" (2 700,441 milyon manat) və "Xalq Bank"dır (1 440,815 milyon manat).
Qalan 26 bankdan 5-nin depozit portfeli 0,5 - 1 milyard manat arasında, 14 bankın depozit portfeli 100 - 500 milyon manat arasında, 6 bankın depozit portfeli 10 - 100 milyon manat arasında, 1 bankın - Pakistan Milli Banklarının Bakı filiallarının depozit portfeli isə 559 min manatdır.
@Renkinq.az