Bu ilin I rübündə Azərbaycanda fiziki şəxslərin depozit portfeli böyüyüb.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların fiziki şəxslərin depozit portfelinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım "Kapital Bank"da 21.5% olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın depozit portfeli 558,7 milyon manat həcmində artıb.
"Kapital Bank"dan sonra artıma görə ikinci yerdə 9% və ya 26,1 milyon manat göstərici ilə "Premium Bank" gəlir.
Əmanət portfelində 8,1% və ya 16,4 milyon manat artıran "Expressbank" üçüncüdür.
"Ziraat Bank Azərbaycan"ın depozitləri ötən ilin sonu ilə müqayisədə 7,1% və ya 13,7 milyon manat dəyərində artıb.
"Bank Of Baku"nun depozitlərində 4% və ya 21,3 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 2,8% (3,8 milyon manat) artımla "Bank BTB" yer alıb.
İlk onluqda digər 4 bank "Azərbaycan Sənaye Bankı" (7,4 milyon manat və ya 2,5%), "AccesBank" (20 milyon manat və ya 2,5%), "Rabitəbank" (7,5 milyon manat və ya 1,6%) və "Yelo Bank" (9,1 milyon manat və ya 1,3%) olub.
Fiziki şəxsərin əmanət portfelində daha 3 bankda artım baş verib. Bunlar aşağıdakılardır:
"Unibank" - 7,6 milyon manat və ya 0,8%
"Turanbank" - 1,7 milyon manat və ya 0,5%
"Bank VTB (Azərbaycan) - 290 min manat (0,4%)