Azərbaycanda bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi ilə atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaq.
Eləcə də bax: “Atabank” və “Amrah Bank”dakı əmanətlərlə bağlı – RƏSMİ AÇIQLAMA
FED.az "report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, qeyd olunan prosesləri qanunla müəyyən edilmiş prosedurlar və müddətlərdə icra etmək üçün xüsusi Tədbirlər Planı hazırlanıb və bu planın icrası barədə əmanətçilər, ictimaiyyət mütəmadi məlumatlandırılacaq.