Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2023-cü ili 75,8 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2022-ci ilə nisbətən 50,1 milyon manat və ya 2,9 dəfə çoxdur.
Belə ki, 2022-ci ildə Azərbaycan BOKT-ları 25,7 milyon manat xalis mənfəət əldə etmişdi.