2023-cü ildə Azərbaycan banklarının əməliyyat mənfəəti 1 milyard 641,2 millyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Əməliyyat mənfəəti aylıq müqayisədə 120 milyon manat (7,9%), illik müqayisədə 269,8 milyon manat (19,7%) artıb.
Belə ki, ötən ilin yanvar-noyabr aylarında bankların əməliyyat mənfəəti 1 milyard 521,2 millyon manat, 2022-ci ilin sonunda 1 milyard 371,4 milyon manat təşkil edib.