“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (“ABB” ASC) idarə heyəti bildirir ki, 2023-cü il mayın 30-da keçirilməsi planlaşdırılan səhmdarların növbəti ümumi yığıncağı 3 iyul 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 6 nömrəli ünvanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10- 3.2-ci maddəsinə və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu maddəsinə əsasən qiyabi səsvermə qaydasında keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyində heç bir dəyişiklik edilməmişdir.
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-3.2-ci maddəsini və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu bəndini nəzərə alaraq qeyd edilib ki, ümumi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyən olunmuş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə sizə ünvanlanmış bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 6 nömrəli ünvana 2023-cü il iyulun 3-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir",- ABB-nin bildirişində deyilir.