Azərbaycan Beynəlxalq Bankı ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 07 may 2026-cı il tarixində baş tutacaq və səsvermə qiyabi formada təşkil olunacaq.
Bildirilib ki, səsvermə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən yaradılmış İnvestor Portalı üzərindən səhmdarların şəxsi kabinetləri vasitəsilə həyata keçiriləcək.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- 2025-ci ilin audit olunmuş maliyyə və idarəetmə hesabatlarının təsdiqi
- Maliyyə nəticələrinə əsasən səhmdarlara dividend ödənilməsi
- Aktivlərin idarə edilməsi üzrə törəmə şirkətin yaradılması
- Xarici bankda nəzarət səhm paketinin alınması
- Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi
Qeyd edilib ki, gündəlikdə yer alan məsələlər üzrə materiallar və səsvermə bülleteni 15 aprel 2026-cı il tarixindən etibarən səhmdarların İnvestor Portalındakı şəxsi kabinetlərində yerləşdiriləcək.
Səhmdarlar 15 aprel – 6 may 2026-cı il tarixləri arasında elektron qaydada mövqelərini bildirərək səsvermədə qiyabi iştirak edə bilərlər.
Elektron qaydada verilmiş səslərin hesablanması isə ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcək.












