Azərbaycan Beynəlxalq Bankı ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 07 may 2026-cı il tarixində baş tutacaq və səsvermə qiyabi formada həyata keçiriləcək.
Bankın açıqlamasına görə, səsvermə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən yaradılmış İnvestor Portalı üzərindən şəxsi kabinet vasitəsilə aparılacaq.
Yığıncağın gündəliyinə aşağıdakı əsas məsələlər daxildir:
- 2025-ci ilin audit olunmuş maliyyə və idarəetmə hesabatlarının təsdiqi
- Səhmdarlara dividend ödənilməsi
- Aktivlərin idarə edilməsi üzrə törəmə şirkətin yaradılması
- Xarici bankda nəzarət səhm paketinin alınması
- Müşahidə Şurasının tərkibində dəyişikliklər
Qeyd edilib ki, gündəlik üzrə materiallar və səsvermə bülleteni 15 aprel 2026-cı il tarixindən etibarən səhmdarların şəxsi kabinetlərində yerləşdiriləcək.
Səhmdarlar 15 aprel – 6 may 2026-cı il tarixləri arasında elektron qaydada mövqelərini bildirərək səsvermədə iştirak edə bilərlər. Verilmiş səslərin hesablanması isə yığıncağın keçirildiyi gün həyata keçiriləcək.












