2025-ci ilin sentyabrın 1-nə (avqust ayının yekunu) Azərbaycanda fəaliyyət göstərən bankların xalis faiz gəliri 2 milyard 16,0 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların xalis faiz gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 177,6 milyon manat, yəni 9,7% artıb, lakin ötən ilin sonuna nəzərən 704,1 milyon manat, yəni 25,9% azalıb. Aylıq müqayisədə isə xalis faiz gəliri 226,3 milyon manat, yəni 12,6% yüksəlib.
Xatırladaq ki, bankların xalis faiz gəliri bu ilin avqustun 1-nə 1 milyard 789,7 milyon manat, ötən ilin sonunda (12/31/2024) 2 milyard 720,1 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 1 milyard 838,4 milyon manat təşkil edib.