Bank sektorunda stehlak kreditləri portfeli sentyabrın 1-nə 9 milyard 114,5 milyon manata yüksəlib.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 135,7 milyon manat və ya 14,2% artım deməkdir.
Belə ki, ötən ilin sentyabrın 1-nə əhaliyə verilən istehlak kreditlərinin həcmi 7 milyard 978,8 milyon manat idi.
Artım bütün müqayisə dövrlərində davamlı olub. Ötən ilin sonu (8 mlrd. 445 mln. manat) ilə müqayisədə portfel 669,5 milyon manat (7,9%) böyüyüb. Təkcə son bir ayda isə (avqusta nəzərən) 112,3 milyon manat (1,2%) artım qeydə alınıb.
Xatırladaq ki, istehlak kreditləri portfeli ötən ilin eyni dövründə 7 milyard 978,8 milyon manat, ötən ilin sonunda 8 milyard 445 milyon manat, bu ilin avqustun 1-də isə 9 milyard 2,2 milyon manat idi.