Dekabr ayında bankların kredit portfeli 1.3% və ya 301.7 mln. manat artaraq 23,183 mln. manat olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Kredit portfelinin strukturunda biznes kreditlərinin payı – 54.4% (12,616.8 mln. manat); ıı) istehlak kreditləri 29.9% (6,937 mln. manat) və ııı) ipoteka kreditləri – 15.7% (3,629.2 mln. manat) təşkil dib.
Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 195.5 mln. manat (+1.6%), 67.3 mln. manat (+1%) və 38.9 mln. manat (+1.1%) artıb.
Ümumilikdə, 2023-cü ildə bankların kredit portfeli 18.3% və ya 3.6 mlrd. manat artıb. Kredit portfelinin artımının 49%-i biznes, 33%-i istehlak, 18%-i isə ipoteka kreditləri hesabına təmin edilib.