2024-cü ilin mayın 1-nə Azərbaycan banklarının depozitlər üzrə faiz gəlirləri 260,9 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici aprelin 1-nə olan dövr ilə müqayisədə 69,5 milyon manat və ya 36,3%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,4 milyon manat və ya 37% çoxdur.
2023-cü ilin mayın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 190,5 milyon manat olub.
Bu ilin 1 aprel vəziyyətinə bu göstərici 191,4 milyon manat təşkil edib.